Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İlqar Məmmədov (REAL Partiyası), Ruslan İzzətli (D18), Fərəc Kərimli (Müsavat Partiyası) və müstəqil şəkildə deputatlığa namizədliyini vermiş Fərhad Mehdiyevin mitinqlə bağlı müraciətinə cavab verib.
BŞİH-in mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov trend-ə bildirib ki, mitinqin 29 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi "Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsi təklif edilib.