Abşeronda məktəblinin intihar hadisəsi ilə bağlı yeni xəbər var.
"Report"un xəbərinə görə, hadisə fevralın 25-də, rayonun Xırdalan şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Şəki rayonunda anadan olmuş, M.Hüseynzadə küçəsi, ev 3, mənzil 26-da yaşayan 2004-cü il təvəllüdlü Ülvi Cəfərli 6 nömrəli binanın 12-ci mərtəbəsində yerləşən binanın eyvanından özünü ataraq intihar edib.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.