Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? — DOSYE

DAXİLİ SİYASƏT 13 may 2024, 12:11
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayor Müşfiq Məmmədov Xıdır oğlu Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin olunub.

Demokrat.az yeni təyin olunan rəisin dosyesini təqdim edir:

Müşfiq Məmmədov Hərbi Akademiyanın məzunudur.

Əslən Laçın rayonundan olan M.Məmmədov həm də Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edib. 

Prezidentin “general-mayor” ali hərbi rütbəsinə layiq gördüyü Müşfiq Məmmədov Azərbaycanın Ankaradakı səfirliyinin hərbi attaşesi olub.

O, 2020-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top