Azərbaycanda yaşayış binası yandı — YENİLƏNİB+VİDEO/FOTO

HADİSƏ 08 fevral 2020, 20:42

Neftçala rayonunda dördmərtəbəli yaşayış binasında yanğın baş verib.

 

“Report”un məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

 

Yanğın binanın sonuncu mərtəbəsində başlayıb. Hadisə yerinə Neftçala rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, sakinlər binadan təxliyə edilib.

 

Hava şəraiti küləkli olduğundan alovun qarşısını almaq hələ mümkün deyil.

 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 09:27
Top