Şou-biznes

Günel saçlarını bu səbəbdən hörür

Günel saçlarını bu səbəbdən hörür

Müğənni Günel Zeynalova sosial şəbəkədə paylaşdığı video ilə diqqət çəkib.

Demokrat.az xəbər verir ki, sənətçi saçlarını mənfi enerjidən qorumaq üçün hördüyünü bildirib.

“Saçımənfi enerjidən, enerjini vampir kimi çəkən insanlardan qorunmaq üçün hörmək lazımdır. Qızlara da tövsiyə edirəm ki, saçlarını bir az da olsa hörsünlər. Bu, sizi pis enerjidən qoruyur.

Nənələr də deyir ki, saçı hörəndə uzanır. Amma mən uzun müddətdir ki, hörürəm, uzanmır” deyə, Günel bildirib.

Demokrat.az

D
demokrat.az