Şou-biznes

Küçədə tüpürən görmədim — Zamiq

Küçədə tüpürən görmədim — Zamiq

Zamiq Hüseynov şəhər gəzintisi zamanı lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb

Demokrat.az xəbər verir ki, ifaçı Bakının küçələrinin necə təmiz olduğunu nümayiş etdirib.

"Bakı, Azərbaycan hər zaman bir mədəniyyət ocağı olub! Bəstəkarı, musiqisi, teatrı, operası, şairi,bir sözlə, dahilər yurdu! Bu gün şəhərimizi gəzərkən fəxr etdim. Küçədə siqaret çəkən görmədim, tüpürən görmədim. Şəhər küçələri tərtəmizdir. Bəli, bunu biz özümüz etməliyik, şəhərimizi və küçələrimizi öz evimiz kimi qorumalıyıq. Bunları bilməyənlər bizdən deyil!" deyə, Zamiq paylaşımında qeyd edib.

Demokrat.az

NE
Nihadə Eyyubova