"Maska"da bu gün bu obrazlar var idi — VİDEO

ŞOU-BİZNES 05 aprel 2026, 23:23
İctimai TV-nin məşhur "Maska" şousunun növbəti buraxılışı yayımlanıb.

Bu gün efirə gedən buraxılışda ilk "Qırat" və "Pələng" obrazı yarışıb. Səsvermə zamanı münsiflərdən bərabər səstoplama olub. Tamaşaçıların istəyi ilə ən çox səs "Qırat" toplayıb və növbəti mərhələyə keçib.

İkinci qarşıdurma "Vəzir" və "İlbiz" arasında olub. Auditoriyadakıların səsverməsində isə maskasının açılması istənilən obraz "Vəzir" olub. "İlbiz" növbəti mərhələyə keçib. 

Üçüncü qarşıdurmada isə "İlan" və "Cücə" obrazı yarışıb. Bu qarşıdurmada isə auditoriya "Cücə"nin növbəti mərhələyə keçməsini istəyib. 

Qeyd edək ki, münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, aparıcı Kamilə Babayeva, müğənnilər Nigar Camal və Murad Arif əyləşib.

 

DİGƏR XƏBƏRLƏR

Top