Özünü bloqer kimi təqdim edən Ata Abdullayevin deputatlığa namizədliyini irəli sürüb.
Demokrat.az-ın xəbərinə görə, A.Abdullayev imza vərəqələrini 23 saylı Nəsimi-Səbail seçki dairəsinə təqdim edib.
Hazırda həmin seçki dairəsinin deputatı Ziyad Səmədzadədir.
O, hazırda da həmin seçki dairəsindən deputatlığa namizəddir.
Yeni Azərbaycan Partiyası 23 saylı Nəsimi-Səbail seçki dairəsindən Rəhimov Elnur Fidail oğlunun namizədliyini irəli sürüb.
Həmin seçki dairəsindən Zaur Darab-zadə, Taleh Şahsuvarov da deputatlığa namizəddir.