Azərbaycanda tanınmış güləşçi bıçaqlandı

HADİSƏ 07 yan 2020, 22:30

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.


Hadisə DİN-in Ekoloji Nəzarət Postunun ərazisində qeydə alınıb.

 

Qazax rayon sakini, 1984-cü il təvəllüdlü Məmmədov Nurlan Nazim oğlu dostu tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

 

Qeyd edək ki, N.Məmmədov Yunan Roma güləşi üzrə Azərbaycanı 69 kq çəki dərəcəsində təmsil edir. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top