Sərnişinlərə şad xəbər — Bu şəhərdən Bakıya birbaşa aviareys açılır

HADİSƏ 05 yan 2020, 21:47

Dağıstanın paytaxtı Mahaçqaladan Bakıya birbaşa aviareys açılır.


Demokrat.az xəbər verir ki, bunu "TASS"a "Mahaçqala Aeroportu" Səhmdar Cəmiyyətinin baş direktoru Arsen Pirməhəmmədov deyib.


Bildirilib ki, bu il Mahaçqala-Bakı və Mahaçqala-Tehran birbaşa aviareyslərinin açılışı planlaşdırılır. 


O deyib ki, birbaşa aviareyslərin açılması məsələsi üzərində işlər gedir və bu aviareyslərin cari ildə açılması planlaşdırılır


A. Pirməhəmmədov həmçinin əlavə edib ki, yeni hava marşrutlarının açılması ilin ortalarında Mahaçqalanın hava limanının yeni beynəlxalq terminalı istifadəyə verildikdən sonra planlaşdırılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top