Bakıda bir gecədə daha 3 nəfər spirtli içkidən öldü

HADİSƏ 04 yan 2020, 18:48

Bu  gecə  Bakı şəhərində daha  3 nəfər saxta spirtli içkidən zəhərlənərək dünyasını dəyişib.


Demokrat.az-ın məlumata görə, əslən Gədəbəydən olan 3 dost  Bakıda  kafelərin birində Yeni ili qeyd ediblər. 


Hər 3 dost ağır vəziyyətdə Sabunçu xəstəxanasına çatdırılsa da onları qəbul edən olmayıb. 


Sonda zəhərlənmiş dostlar “Semaşko” xəstəxanasının Toksikoloji şöbəsinə qəbul edilib.

 

Həkimlərin səyinə baxmayaraq  hər 3 şəxs dünyasını dəyişib.


Araşdırma zamanı ölən şəxslərdən birinin  Hüseynov Yusif Vilayət oğlu olduğu məlum olub. 


Ölənlərdən biri Maştağa Ruhi xəstəxanasının işçisi olub.(nuh.az) 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top