YapiKredi Müraciət Forması
Dünya

Türkiyə gözəli həbs edildi

Türkiyə gözəli həbs edildi

Türkiyədə narkotik maddələrin istifadəsi və satışında şübhəli bilinən şəxslərə qarşı əməliyyatlar davam edir.

Demokrat.az xəbər verir ki, dekabrın 28-də şəhər saatlarında keçirilən əməliyyat zamanı 20-dən çox tanınmış şəxs saxlanılıb. Onların arasında Türkiyə gözəli Busə İskəndəroğlu da var.

Qeyd edək ki, Busə İskəndəroğlu 1997-ci ildə Yalovada anadan olub. O, 2016-ci ildə Türkiyə gözəli seçilib.

28 yaşlı Busə bir neçə ildi model kimi fəaliyyət göstərir. Türkiyə gözəli ölkəsini tez-tez beynəlxalq platformalarda təmsil edir.(mətbuat.az)

NE
Nihadə Eyyubova