"Məktəblərdə zorakılıq və təhqir halları son illərdə ciddi narahatlıq doğurur. Bəzi valideyn və mütəxəssislər bu vəziyyəti kişi müəllimlərin azlığı ilə əlaqələndirsələr də, problemin kökləri daha dərindir. Kişi müəllimlərin nizam-intizam yaratmaqda və şagirdlərə psixoloji balans verməkdə rolu danılmazdır, lakin əsas məsələ müəllimin peşəkarlığı, pedaqoji bacarığı və nüfuzudur".
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
O, bildirib ki, məktəblərdə zorakılığın əsas səbəbləri daxili nəzarətin zəifliyi, psixoloji xidmətlərin səmərəsizliyi, tərbiyə işinin formal xarakter daşıması, ailədə uşaqlara düzgün tərbiyənin verilməməsi və sosial mediada zorakılığın normallaşdırılmasıdır:

"Problemin həlli üçün məktəblərdə peşəkar psixoloqların və sosial işçilərin fəaliyyətinin gücləndirilməsi, preventiv tədbirlərin artırılması, valideynlərlə əməkdaşlığın inkişaf etdirilməsi və real nəzarət sisteminin qurulması vacibdir. Şagirdlərin asudə vaxtını faydalı istiqamətə yönəltmək məqsədilə idman və yaradıcı fəaliyyətlər genişləndirilməli, empatiya, dostluq və münaqişələrin sülh yolu ilə həlli mövzusunda dərslər təşkil edilməlidir".
Ekspert bildirib ki, məktəblərdə zorakılıq probleminin həlli yalnız kişi müəllimlərin sayının artırılması ilə bağlı deyil:
"Bu, həm məktəb, həm ailə, həm də cəmiyyətin üzərinə düşən məsuliyyəti əhatə edən kompleks yanaşma tələb edir".
Əfsanə Kamal
Demokrat.az