"Alıcılara çek təqdim olunanda, müştəriyə həmin çek iki nüsxə olaraq verilir, biri satıcıda qalır, digəri isə alıcıda. Həmçinin, terminal daşıyıcının yaddaşında bu çek elektron formada saxlanıla bilər. Yəni kağız formatından əlavə, istənilən vaxt onu çıxartmaq mümkündür".
Bunu Demokrat.az-a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Fərhad Miralıyev deyib.
O, bildirib ki, çeklərin üzərində müxtəlif məlumatlar olur:
"Məsələn, təsdiq kodu və ya REN kodu. Bu kodlar hər iki nüsxədə eyni olmalıdır, çünki onlar bir-birinin surətidir. Əgər alıcı özünü iddia edirsə və çek təqdim edirsə, əməliyyatla bağlı məsələləri, məsələn, geri qaytarma və ya endirim, satıcı asanlıqla həmin çekin üzərindəki kodları terminalda olan nümunə ilə müqayisə edə bilər. Həmçinin, lazım gəldikdə kağız nümunəsini terminalın yaddaşından yenidən çap etmək mümkündür".
Ekspert bildirib ki, bu sistem alıcı-satıcı münasibətlərində ciddi problemlərin qarşısını alır və əməliyyatların şəffaflığını təmin edir.
Qeyd edək ki, son günlər satıcıların saxta çek düzəldərək dələduzluq etməyə çalışan alıcılarla rastlaşması müzakirələrə səbəb olub.
Əfsanə Kamal
Demokrat.az