Saakaşvilinin Ağ Evə bənzəyən iqamətgahı satıldı

DÜNYA 14 dek 2019, 08:41

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin iqamətgahı auksionda 7,5 milyon lariyə (4,5 milyon AZN) satılıb.

 

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, Mestiya qəsəbəsində yerləşən iqamətgah ilkin dəyərindən 308 faiz baha qiymətə satılıb. İqamətgahın yeni sahibi “Aiqvinis saxli” adlı özəl şirkətdir.

 

Prezident iqamətgahı 2011-ci ildə tikilib. Saakaşvilinin ondan istifadə edib-etmədiyi məlum deyil. Çünki növbəti ildə onun partiyası parlament seçkilərində uduzmuş və daha sonra onun öz prezidentlik müddəti bitmişdi.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top