“Çin və Azərbaycan arasında vizasız rejim iqtisadi və turizm əlaqələrini genişləndirəcək”

GÜNDƏM 09 sentyabr 2025, 13:25
“Çin və Azərbaycan arasında viza rejiminin aradan qaldırılması turizm və iqtisadi əməkdaşlıq baxımından çox önəmli addımdır”.

Bunu turizm eksperti Rəhman Quliyev Demokrat.az-a açıqlamasında deyib.

O qeyd edib ki, bu qərarın bir neçə əsas təsiri olacaq:

“Viza prosedurlarının ləğvi Çin vətəndaşları üçün Azərbaycana səfəri daha asan və cəlbedici edəcək. Bu, xüsusilə fərdi turistlər və turizm şirkətləri üçün maraqlı imkanlar yaradır. Viza sərbəstliyi iş adamlarının, sərmayəçilərin və şirkət nümayəndələrinin daha rahat səfərlər
etməsinə şərait yaradacaq. Bu da yeni layihələrin və ortaq bizneslərin əsasını qoya bilər. Daha çox səfər daha çox uçuş, hotellərdə doluluq, bələdçi xidmətlərinə və iaşə sektoruna tələbat deməkdir. Bu da yeni iş yerlərinin açılmasına gətirib çıxara bilər. Belə addımlar ölkənin açıq, təhlükəsiz və turizmə maraqlı tərəf olduğunu göstərir. Bu qərar həm turizm axınına, həm də iqtisadi münasibətlərə ciddi müsbət təsir göstərə bilər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2025, 17:52
09 sentyabr 2025, 16:13
Top