“Bu günlərdə gündəmdə olan və cəmiyyətin ciddi şəkildə müzakirə etdiyi məsələ – bəzi turistlərin, xüsusilə də ərəb ölkələrindən gələn ziyarətçilərin Şəhidlər Xiyabanında sərgilədiyi qeyri-etik davranışlarla bağlıdır. Hər hansı bir fərdin hörmətsiz davranışı bütöv bir xalqın və ya millətin adından qiymətləndirilə bilməz. Bu cür halları ümumiləşdirmək və bütün ərəb vətəndaşlarına qarşı yönəltmək doğru deyil”.
Bunu Demokrat.az-a turizm eksperti Əziz Şiriyev deyib.
O qeyd edib ki, turistlərin ölkəmizə gəlmədən əvvəl və ya gəldikdən sonra marifləndirilməsi təmin olunmalıdır:
“Onlara xüsusi önəmli yerlər, onların mahiyyəti və orada necə davranılmalı olduğu haqqında aydın və dolğun məlumat verilməlidir. Bu, həm turizm şirkətlərinin, həm də aidiyyəti dövlət qurumlarının üzərinə düşən bir məsuliyyətdir. Xüsusilə də Şəhidlər Xiyabanı kimi müqəddəs bir məkanın mənəvi yükü və rəmzi dəyəri onlara düzgün şəkildə izah edilməlidir. Əgər hər hansı bir şəxs bu cür davranış sərgiləyibsə, o, hüquqi və inzibati müstəvidə cavab verməlidir. Amma bu faktı millətlərarası düşmənçilik, nifrət zəmininə çevirmək və bütün bir milləti hədəf almaq qətiyyən yolverilməzdir. Bunun tənzimlənməsi üçün ölkəyə gələn turistlərə əvvəlcədən müəyyən qaydalar təqdim olunmalıdır. Hər bir ölkəyə səfər edən şəxs həmin ölkənin milli-mənəvi dəyərlərinə, mədəniyyətinə və ictimai normalarına hörmət etməlidir”.
Turizm eksperti əlavə edib ki, qonaq olduğu ölkədə yerli adət-ənənələrə uyğun davranmaq vacibdir:
“Məsələn, elə ölkələr var ki, orada ictimai yerlərdə saqqız atmaq və ya nəqliyyatda siqnal vermək qadağandır. Hər bir ölkənin özünəməxsus qaydaları və ictimai davranış normaları mövcuddur. Buna görə də turistlərin bu qaydalar haqqında məlumatlandırılması vacibdir. Turizm şirkətləri tərəfindən təşkil olunan səfərlər zamanı turistlərə, xüsusilə də avtobuslarda, marifləndirici məlumatlar verilməli, yerli qayda-qanunlar, davranış kodeksi barədə məlumat çatdırılmalıdır. Bu, həm turistin, həm də yerli əhalinin məmnuniyyətini təmin edəcək, qarşılıqlı hörmət və anlayış mühitini yaradacaq”.
Leyla Turan
Demokrat.az