Zelenski Trampla görüşə hazırlaşır

DÜNYA 17 avqust 2025, 12:03
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüşə hazırlaşır.

Bu barədə dövlət başçısı özünün teleqram kanalında xəbər verib.

Ukrayna və ABŞ liderlərinin görüşü 2025-ci il avqustun 18-i bazar ertəsinə təyin edilib.

"Bazar ertəsi Prezident Trampla görüşə hazırlaşırıq. Dəvət üçün təşəkkür. Bütün detalları aydınlaşdırmaq, hansı addımların lazım olduğunu və nəticə verəcəyini müəyyən etmək üçün hamının liderlər səviyyəsində söhbətə ehtiyac olması ilə razılaşması vacibdir", - o yazıb.

"Sky News” qeyd edib ki, bazar ertəsi keçiriləcək görüş Zelenskinin fevralın sonunda Tramp və ABŞ vitse-prezidenti Jey Di.Vens ilə Oval kabinetdə görüşü zamanı yaranan mübahisədən sonra Ağ Evə ilk səfəri olacaq. (report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 avqust 2025, 17:09
Top