
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev paytaxtın Şamaxıya köçürülməsini təklif edib.
Demokrat.az-ın xəbərinə görə, Q. Həsənquliyev deyib ki, Bakının küçələri dar və həddindən artıq yükləndiyindən paytaxtın gələcəkdə köçürülməsi qaçılmazdır:
“Şamaxı Prezidentin də qeyd etdiyi kimi, Şirvanşahların paytaxtı olub. Seysmik zona olduğu üçün orada beşmərtəbəli 9 bal gücündə zəlzələyə davamlı evlər və inzibati binalar tikmək, Prezident Administrasiyasını, Nazirlər Kabinetini, Konstitusiya Məhkəməsini, Ali Məhkəməni ora köçürmək daha məqsədəuyğun olardı. Bu həm Bakını ekoloji fəlakətdən qurtarar, həm də regionların iqtisadi inkişafına böyük töhfə verərdi”.(Moderator.az)