Bu ölkədə 23 nəfər alkoqoldan zəhərlənib öldü

DÜNYA 16 avqust 2025, 16:12
Küveytdə bir həftə ərzində 23 nəfər metanoldan zəhərlənərək ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

"Tərkibində metanol olan alkoqollu içkilərin qəbulu nəticəsində zəhərlənmə hallarının sayı 160-a çatıb, onlardan 23-ü ölüb ", - nazirlik qeyd edib. 

Məlumata görə, həlak olanların əksəriyyəti Asiya ölkələrinin vətəndaşlarıdır. Çoxlarının vəziyyətinin ağır olduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 avqust 2025, 17:40
Top