
ABŞ-nin “F-22” qırıcıları Rusiya Prezidenti Vladimir Putinin təyyarəsini Alyaskadan Rusiyaya qədər müşayiət ediblər.
Demokrat.az xəbər verir ki, Kremlin Mətbuat xidməti bununla bağlı görüntülər yayıb.
Bildirilib ki, Putin Alyaskadakı sammitdən sonra Çukotka Muxtar Dairəsinə səfər edib, regionun qubernatoru Vladislav Kuznetsov ilə görüş keçirib.
Xatırladaq ki, dünən Alyaskanın Ankoric şəhərində Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüş keçirilib.