Gəncə şəhərində qurumuş, qəzalı və ətraf mühitə mənfi təsir edən ağacların işarələnməsi və nişanlanması işlərinin aparılmasında məqsəd şəhərin ekoloji tarazlığının qorunması və yaşıllıq sahələrinin sağlamlaşdırılmasıdır. Eyni zamanda Gəncəni daha yaşıllıqla zəngin, baxımlı və estetik şəhərə çevirmək, yaşıllıqlara qanunsuz müdaxilələrin və sui-istifadə hallarının qarşısını almaq və yaşıllıqları mühafizə etməkdir.
Demokrat.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.
Onun sözlərinə görə, bioloji müxtəlifliyin dəstəklənməsi və iqlim dəyişikliyinə qarşı adaptasiya tədbirləri baxımından bu cür planlı işlər olduqca əhəmiyyətlidir.
Görülən bu tədbirlərin ictimaiyyətə daha əlçatan olması üçün nişanlanan ağacların sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni ağaclar barədə məlumatlar mütəmadi şəkildə www.agac.az səhifəsində əks olunacaq ki, bununla da ictimaiyyət bu məlumatları daha asan əldə edə biləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Mətbuat Xidməti