
Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü, müdafiə naziri Suren Papikyanın keçmiş müşaviri Arşak Orduxanyan həbs edilib.
Demokrat.az xəbər verir ki, məlumatı Sputnik Ermənistan-a Ermənistan İstintaq Komitəsi təsdiqləyib.
“Bir şəxs barəsində “cinayətkar birlik yaratmaq və ya ona rəhbərlik etmək” və “xüsusilə böyük miqdarda cinayətkar birlik tərəfindən kompüter məlumatlarının oğurlanması” maddələri ilə cinayət təqibi başlanıb,” – deyə İstintaq Komitəsindən bildirilib.
Orduxanyan, həmçinin cinayətkar birlik tərkibində qanunsuz miqrasiyanı təşkil edib, bunun üçün hüquqi əhəmiyyətli sənədləri saxtalaşdırıb və istifadə edib. İş 15 may 2024-cü ildə məhkəməyə göndərilib.
Bundan əvvəl onun barəsində 5 milyon dram (təxminən 12,5 min ABŞ dolları) məbləğində girov müqabilində ölkədən çıxmamaq barədə iltizam götürülmüşdü, lakin sonradan qətimkan tədbiri dəyişdirilib.