"Qiymət siyasəti və manatın məzənnə dəyişmələri... "— AÇIQLAMA

GÜNDƏM 11 avqust 2025, 20:30
“Ötən ay ərzində uzun düyü, ət məhsulları, bitki yağları, mövsümi meyvələr və şokolad məmulatlarında müşahidə olunan qiymət artımı bir neçə amilin təsiri ilə bağlıdır. İlk növbədə, bu məhsulların əhəmiyyətli hissəsi idxaldan asılıdır”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Azər Bayramlı deyib.

O əlavə edib ki,  xarici bazarlarda baş verən bahalaşma, eləcə də nəqliyyat xərclərinin artması birbaşa daxili qiymətlərə ötürülür:

“İstehsal və emal proseslərində enerji, gübrə və yem xərclərinin bahalaşması xüsusilə ət və yağ məhsullarının maya dəyərini yüksəldib. Mövsümi məhsullarda, məsələn, limon, albalı, gilas, ərik və göyərtidə isə həm mövsüm sonu səbəbilə təklifin azalması, həm də hava şəraitindən qaynaqlanan məhsuldarlıq problemləri qiymətlərə təsir edib. Daxili bazarda rəqabətin məhdud olması, iri təchizatçıların qiymət siyasəti və manatın məzənnə dəyişmələri də bahalaşmanı sürətləndirən amillərdir. Yəni bu artım yalnız bir səbəbdən deyil, həm xarici, həm də daxili iqtisadi faktorların birləşməsindən qaynaqlanır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top