"Qurban kəsib, kasıblara paylayacağam" — Aqil Abbas

GÜNDƏM 05 avqust 2025, 18:08
Təmsilçimiz “Qarabağ” da bu axşam səfərdə Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. Maraqla gözlənilən matç saat 22:00-da başlayacaq.  Bəs sözügedən matçdan gözləntilər nələrdir? 

 Milli Məclisin deputatı Aqil Abbas cebheinfo.az-a açıqlamasında “Şkendiya” – “Qarabağ” matçı ilə bağlı proqnoz verib:  “İnşallah, “Qarabağ”ın bu axşam qələbə qazanacağını gözləyirəm. Mənim proqnozuma əsasən, oyun 2-1 hesabı ilə komandamızın qələbəsi ilə yekunlaşacaq. Ümumilikdə isə “Qarabağ”ın “pley-off” mərhələsinə yüksələcəyinə, oradan da liqa mərhələsinə adlayacağına inanıram”.  Millət vəkili “Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsinə yüksələcəyi təqdirdə, qurban kəsəcəyini söyləyib:  “Hər zaman olduğu kimi qurban kəsmə ənənəsini yenə də davam etdirəcəyəm. Əgər “Qarabağ” “pley-off” mərhələsini keçsə, qurban kəsəcəyəm. Kəndimizdə bir ocaq var, həmişə orada qurban kəsərək kasıb adamlara paylayıram. Allah qoysa, yenə də kəsib paylatdıracağam”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top