Bakıda qəza: Toqquşan maşınlardan biri velosiped zolağına, digəri kolluğa düşdü — VİDEO

HADİSƏ 04 avqust 2025, 13:54
Paytaxtın Mirzəağa Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 3-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-CC-759 dövlət nömrə nişanlı “Hyundai” markalı maşın, “Toyota Prado” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri velosiped zolağına, digəri isə yoldan çıxaraq kolluğa düşüb. Hadisə zamanı nəqliyyat vasitələrinə maddi ziyan dəysə də xəsarət alan olmayıb. Xoşbəxtlikdən qəza zamanı digər avtomobillərə maddi ziyan dəyməyib. Yolda bir müddət sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 avqust 2025, 16:42
Top