"Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması Qaydaları" təsdiq edilib.
Demokrat.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, sənəd Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda formalaşdırılan dövlət informasiya ehtiyatları, sistemləri və elektron xidmətlərin vahid reyestrinin aparılması ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.
Bu qaydalar əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.
Bu qaydalar mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin, habelə onların təhlükəsizliyini təmin edən qurumların informasiya infrastrukturlarına şamil olunmur.