“Azərbaycan dili bu gün böyük bir inkişaf yolu keçmişdir. Bu dildə həm ədəbiyyatımız yazılır, həm dövlət idarəçiliyi aparılır, həm də ictimai həyatımızın əsas daşıyıcısıdır. Mən ömrüm boyu dil məsələləri ilə məşğul olmuşam və bu istiqamətdə çox sayda məqalələr yazmışam. Məsələn, 2006-cı ildə “Azərbaycan Dili Qurumu” adlı ictimai təşkilat yaratmışam və bu təşkilat bu gün də fəaliyyət göstərir”.
Bu sözləri Xalq şairi Sabir Rüstəmxanlı Demokrat.az-a açıqlamasında deyib.
O əlavə edib ki, 20-ci əsrdə və xüsusilə müstəqillikdən sonra Azərbaycan dili əlləri-qolları açılmış vəziyyətə gəlib:
“Sovet dövründə isə bu dilin imkanları müəyyən qədər məhdudlaşdırılmışdı. Bu gün isə Azərbaycan dili rəsmi dövlət dilidir. Rəsmi yazışmalar, hətta diplomatik görüşlər belə Azərbaycan dilində aparılır. Bu, dilimiz üçün böyük uğurdur. Azərbaycan dilinin lüğəti, qrammatikası, tarixi və inkişaf yolları ilə bağlı elmi tədqiqatlar aparan müxtəlif qurumlarımız var. Təəssüf ki, bununla yanaşı, müəyyən problemlər də mövcuddur. Uşaqlarımızın böyük bir hissəsi rus və digər dillərdə təhsil alır. Bakıda reklamların əksəriyyəti xarici dillərdədir. Hətta bəzi sahibkarlar özlərini Azərbaycan dilində yazı yazmağa borclu saymırlar. Televiziya, radio və sosial şəbəkələrdə dilin səviyyəsi bəzən aşağı olur. Halbuki qanunvericilikdə göstərilir ki, hər bir elan və ya yazı ilk növbədə Azərbaycan dilində olmalıdır”.
Xalq şairi bütün çətinliklərə baxmayaraq, Azərbaycan dilinin gələcəyinə böyük ümidlə baxdığını deyib:
“Bir zamanlar ərəb dili ilahiyyat və elm dili idi, sonra fars dili ədəbiyyat dili oldu, 19-cu əsrdə rus dili siyasət dili kimi üstünlük qazandı. Amma Azərbaycan dili bu dövrlərin hamısında sıxışdırılsa da, yaşamağı bacardı. Müasir dövrdə imkanları daha da artıb, xüsusilə Türkiyə ilə münasibətlər və Türk dünyası ilə inteqrasiya dilin zənginləşməsinə töhfə verir. 60 milyona yaxın azərbaycanlının yaşadığı dünyada bu dilin yalnız 10 milyonluq hissəsi ədəbi formada işlənir. Təsəvvür edin ki, bu xalq tam şəkildə öz dilində danışa, yazıb-yarada bilsə, Azərbaycan dili hansı səviyyələrə qalxa bilər. Buna görə də mən düşünürəm ki, Azərbaycan dilinin ölməsindən danışmaq yanlış və ümidsiz bir yanaşmadır. Əksinə, bu dilin zənginləşməsi və genişlənməsi üçün real imkanlar var və biz bu imkanlardan istifadə etməliyik”.
Leyla Turan
Demokrat.az