Azərbaycanın “Avroviziya” yarışmaaındakı qalibi Nigar Camalla Əməkdar artist Fərqanə Qasımova arasında qalmaqal yaşanıb. Buna səbəb Fərqanə Qasımovanın “Dream Fest”ə qara bodi ilə qatılan Nigar Camalı tənqid etməsi olub. Belə ki, muğam ifaçısı Nigarın bodili fotosuna “Türk qardaşlarımız demişkən, kəsmə yollarla önə getmək, əlbəttə, çok rahatdır” şərhini yazıb.N.Camal isə öz instaqram hesabında F.Qasımovanın həmin şərhinə reaksiya bildirib.
Məsələ ilə bağlı tanınmış stilist Elnur Həsənov Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib.
O, hər iki sənətçiyə hörməti olduğunu diqqətə çatdırıb:
“Hər kəs öz geyimində azaddır. Heç kəsi geyiminə görə mühakimə etmək olmaz. Bu bir festival və qırmızı xalıdır. Hər şeydə Avropalaşmaq, qabağa getmək istəyiriksə, Nigarı normal qəbul etməliyik. Nigar xanım bizi “Avroviziya”da çox gözəl təmsil edib. Fikrimcə, xalıda da çox gözəl görünürdü. Geyimi çox yaraşırdı”.
Leyla Turan
Demokrat.az