Rəşad Dağlının vəkili Fikrət Cəfərlini həbs etdirdi — FOTO

HADİSƏ 29 iyul 2025, 13:25
Hüquq müdafiəçisi Fikrət Cəfərli həbs edilib.

"Qafqazinfo”nun məlumatına görə, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.

F.Cəfərli böhtan atmaqda təqsirli bilinib. Ona 4 ay həbs cəzası verilərək, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Fikrət Cəfərli vəkil Elvin Əliyevin şikayəti əsasında təqsirli bilinib. Xüsusi ittihamçı F.Cəfərlinin Cinayət Məcəlləsinin 147.1-ci( böhtan) maddəsi ilə sanksiya həddində cəzalandırılmasını tələb edirdi.

Elvin Əliyev daha çox məhkum meyxanaçı Rəşad Dağlının vəkili kimi tanınıb.

  •  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top