Sumqayıtda qardaşlar arasında mübahisə qanla bitib

HADİSƏ 29 iyul 2025, 22:15
Sumqayıt şəhərinin Corat qəsəbəsində ailədaxili münaqişə zamanı iki qardaş bir-birinə ağır xəsarətlər yetirib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə 1982-ci il təvəllüdlü Əsgərov Nəcəf Raqib oğlu ilə qardaşı, 1985-ci il təvəllüdlü Əsgərov Mehti Raqib oğlu arasında baş verib.

İlkin məlumata görə, mübahisə zamanı Nəcəf Əsgərov qardaşına dəmir parçası ilə baş nahiyəsindən zərbə endirib. Mehti Əsgərov isə cavab olaraq əlində olan bıçaqla Nəcəf Əsgərovu yaralayıb.

Hər iki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosuna bildirilib ki, Təcili Tibbi Yardım Xəstəxanasına 2 nəfər (kişi cinsli) hospitalizasiya olunub. Bazu və saidin kəsilmiş yarası, kəllənin kəsilmiş çoxsaylı yaraları diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib:

"Hazırda 1 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti qənaətbəxşdir. Vəziyyəti stabil olan digər şəxs isə ambulator müalicə üçün evə buraxılıb".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top