İmran Qurbanov Qusar Xəstəxanasına direktor TƏYİN EDİLDİ

SOSİAL 29 iyul 2025, 12:06
Qusar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Bizim.Media xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bu vəzifə İmran Qurbanova həvalə olunub.

İmran Qurbanov bu təyinata qədər Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsini icra edirdi. 

Qeyd edək ki, İmran Qurbanov 2023-cü il avqustun 29-da Qobustan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Həmin xəstəxanaya cəmi 6 ay rəhbərlik edib. 2024-cü il martında 4 -də TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub. 1 il 4 ay isə İmran Qurbanov Qusar Rayon Mərkəzi xəstəxanasına direktor təyin edilib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top