Gənclər cehizə görə niyə canına qəsd edir? — Psixoloqdan AÇIQLAMA

SOSİAL 29 iyul 2025, 15:03
"Evlilik, toy məsələsi çox vacib məsələlərdən biridir və həmçinin də gənclərin hər ikisinin razılığı əsasında olmalıdır. Təəssüflər olsun ki, bəzən valideynlər uşaqların yerinə qərar verirlər. Bəzən göbəkkəsmə məsələləri olur ki, bu daha çox regionlarda belədir. Əvvəldən təyin olunur ki, böyüyəndə bu qızla evlənəcəksən, qız da bu oğlanla ailə quracaq və s. Təəssüflər olsun ki, bəzən bu məsələlər meydana çıxır". 

Bunu Demokrat.az-a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

"Sosial şəbəkələrin çox inkişaf etdiyi bir dövrdə yaşayırıq. Elə məsələlər, məqamlar olur ki, gənclər hər hansı bir məlumatı, yanlış belə olsa oradan alırlar və bunu cəmiyyətə bildirə bilmirlər. Ona görə də, canlarını qurtarmaq məqsədilə çarəni özlərinə qəsd etməkdə tapırlar. Özünə qəsd məsələsi də psixi durumla bağlıdır. Yəni həmin anda həmin şəxslərə psixoloji dəstək verilməlidir ki, bu addımı atmasın.

Ümumiyyətlə, biz hər zaman bütün müşahidələrimizə əsasən belə qərara gəlirik ki, toy məsələsi yaşından asılı olaraq, 25 yaş üzərində, hər bir gəncin özünün həyatda qalma gücünə malik olduğunu hiss etdikdən sonra olmalıdır. Evlənəcək cütlüklər arasında psixi durum mütləq araşdırılmalıdır. Psixoloji vəziyyətləri araşdırılmalıdır ki, sonda neqativ hadisələrə məruz qalmayaq".

Qeyd edək ki, bir neçə gün öncə Ağdaşda 23 yaşlı oğlan toyuna sayılı günlər qalmış anasının gələcək həyat yoldaşının cehizlərini bəyənməyib, geri qaytardığına görə canına qıymışdı.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top