Şəmkirdə taksi sürücüsü sərnişinləri BIÇAQLADI

HADİSƏ 29 iyul 2025, 08:41
Şəmkirdə sərnişinlər bıçaqlanıb.

Demokrat.az-ın məlumatına görə, hadisə şəhərin 20 Yanvar küçəsində, şadlıq saraylarından birinin qarşısında qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Kazım Əliyev və əmisi oğlu, 1999-cu il təvəllüdlü Sübhan Əliyev bıçaq xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya aparılıb.

Onlara xəsarət yetirməkdə taksi sürücüsü, 1984-cü il təvəllüdlü Ehtiram Hüseynov şübhəli bilinir. O, saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 iyul 2025, 18:22
Top