Sevgilisini qətlə yetirən müğənni edam olundu

DÜNYA 25 iyul 2025, 12:40
Çinin Şaansi əyalətinin Xianyan şəhərinin Aralıq Xalq Məhkəməsi ölkədə sensasiya yaradan qətl işi ilə bağlı istintaqın təfərrüatlarını bir ilə yaxın müddətdən sonra ictimaiyyətə açıqlayıb.

Demokrat.az
xəbər verir ki, 2022-ci ildə müğənni Zhang Yiyang ondan ayrıldığı üçün 16 yaşından kiçik sevgilisini bıçaqlayaraq öldürüb və qızın intihar etdiyi illüziya yaratmağa çalışıb. Lakin cinayət işinin üstü açılıb və ifaçı qəsdən adam öldürmə ittihamı ilə edam cəzasına məhkum edilib. O, ötən ilin dekabrın 18-də güllələnərək edam olunub. Bununla da Zhang Yiyang Çində edam edilən ilk sənətçi olub.

Edam qərarının tədbiq olunduğunu əks etdirən məhkəmə sənədlərində qeyd olunub ki, Zhang Yiyang və sevgilisi 2021-ci ildə münasibətə başlayıblar. Daha sonra qadın ayrılmaq təklifi etsə də, Zhang bununla razılaşmayıb və dəfələrlə onu intihar etməklə hədələyib.

26 fevral 2022-ci il günorta saatlarından sonra Zhang Yiyang 16 yaşlı sevgilisini ad gününü qeyd etmək bəhanəsi ilə Xingping şəhərindəki bir meşəyə gətirib və burada hər iki tərəf ayrılıq üstündə yenidən mübahisə ediblər. Zhang Yiyang özü ilə gəzdirdiyi bıçaqla qızın boynunu kəsib. Hadisədən sonra Zhang Yiyang intihara cəhd etsə də, buna nail ola bilməyib və daha sonra polis tərəfindən saxlanılıb.

İstintaqın ardından müğənni qanuna uyğun olaraq ölüm cəzasına məhkum edilib və ötən il dekabrın 18-də güllələnərək edam olunub. Qərarın tədbiq olunduğu 7 ay sonra ictimaiyyətə açıqlanıb.(Axşam.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top