“Zəngəzur dəhlizi həqiqətən də Azərbaycanla Ermənistan arasında olan məsələdir. Əminəm ki, iki ölkə öz maraqlarına uyğun olaraq bunu həll edəcək”.
Bunu Demokrat.az-a açıqlamasında D. Peskovun Zəngəzur dəhlizi ilə bağlı sözlərindən danışan millət vəkili Asim Mollazadə deyib. O bildirib ki, Rusiya hal-hazırda Cənubi Qafqazda öz imkanlarını itirməkdədir:
“Çünki Ukraynaya qarşı apardığı müharibə onun bütün gücünü səfərbər edib və Rusiyanın hansısa yeni regionda təzyiq siyasətini həyata keçirmək imkanları məhduddur. Ukraynanın öz müstəqilliyi və ərazi bütövlüyü uğrunda olan mübarizəsi, demək olar, bütün postsovet
ölkələrinin mübarizəsidir.
Azərbaycan bölgədə ən nüfuzlu ölkəyə çevrilib, güclənib. Azərbaycanın Türkiyə kimi müttəfiqi var və düşünürəm ki, Ermənistan da bunu anlayaraq Türkiyə və Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır, kommunikasiyalar açılmalıdır. Ancaq normal münasibətlər olacağı halda Ermənistan bir dövlət kimi müstəqil qala bilər. Azərbaycan hamı ilə əməkdaşlıqda maraqlıdır və bu, qarşılıqlı hörmət əsasında formalaşmalıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az