Fəhlə ölümü ilə bağlı şirkətlər məsuliyyətə cəlb ediləcək? — Vəkildən AÇIQLAMA

GÜNDƏM 24 iyul 2025, 16:12
"Məsələdə cinayət məsuliyyətinin yaranması bir neçə halda ola bilər. İşçinin iş yerində, vəzifə borcunu yerinə yetirərkən həlak olması vəziyyətinə baxılmalıdır. Günah işçinin özündə ola və ya olmaya bilər. Buna müvafiq olaraq kimin məsuliyyət daşıdığına qərar verilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib. 

O bildirib ki, bu cür hadisələrə birmənalı fikir bildirmək olmur, işin hallarına baxmaq mütləqdir:

"İşçinin təqsiri yoxdursa, şirkət məsuliyyət daşıya bilər. Hər bir halda işçinin ailəsinə işə götürən tərəfindən kompensasiya, müavinət ödənilməlidir. Xüsusilə səhlənkarlıqda günahı olan biri varsa, həmin şəxs cinayət məsuliyyətinə cəlb edilir və məsələyə uyğun olaraq cəza tətbiq edilir".


Qeyd edək ki, son iki gündə iki fəhlə ölümü qeydə alınıb. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top