"Azərbaycan–Suriya münasibətlərində diqqət etməli olduğumuz dörd əsas nüans var. İlk diqqət yetirilməli məsələ enerji sahəsidir. Hər nə qədər bu məsələ indi aktual görünməsə də, gələcəkdə ön plana çıxa bilər. Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, vətəndaş müharibəsi və Əsəd rejiminin cinayətləri səbəbindən enerji potensialından istifadə edə bilməyən Suriyanın bu sahədə ehtiyaclarını qarşılaya bilər".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib.
"Düşünürəm ki, gələcək perspektivdə Azərbaycan Suriyanın neft və qaz ehtiyatlarının işlənməsi, dünya bazarına çıxarılması və daxili tələbatın ödənilməsi prosesində mühüm rol oynaya bilər. Çünki Əl-Şaara hakimiyyəti üçün bir balans strategiyası qurmaq vacibdir – həm Çin, həm Rusiya, həm də Qərb, ABŞ və Türkiyə ilə münasibətləri pozmamaq şərtilə.
Əgər neftin işlənməsi Amerika şirkətlərinə həvalə olunsa, bu, Çin və Rusiya tərəfindən təhdid kimi qəbul edilə bilər. Əksinə, əgər bu hüquq Rusiya və Çin şirkətlərinə verilsə, bu dəfə Qərb və ABŞ bunu təhdid kimi görəcək. Belə vəziyyət isə Əl-Şaaranın Suriya daxilindəki parçalanmış qüvvələri bir mərkəzdə birləşdirmək, unitar dövlət strukturu qurmaq planlarına ciddi zərbə vura bilər. Çünki Suriyada müxtəlif qrupları fərqli dövlətlər dəstəkləyir".
O bildirib ki, bu nöqtədə Azərbaycan həm rol modeli, həm də effektiv tərəfdaş kimi çıxış edə bilər:
"Çünki Azərbaycan həm Şərq, həm də Qərb dövlətləri ilə müstəsna münasibətlərə sahibdir və SOCAR kimi enerji şirkətləri dünyanın bir çox enerji nəhəngləri ilə əməkdaşlıq edir.
İkinci vacib məsələ Suriyanın yenidən qurulmasıdır. Dağıdılmış şəhərlərin bərpası, həyatın geri qaytarılması və sivil dövlət quruculuğunun həyata keçirilməsi gələcəkdə Suriyanın inkişafı üçün əsas zəmin rolunu oynayır.
Azərbaycan bu sahədə Qarabağda qısa müddətdə gördüyü işlərlə nümunəvi təcrübəyə malikdir. Beynəlxalq hava limanlarının tikilməsi, beynəlxalq tədbirlərin Qarabağda keçirilməsi və bölgənin sivil infrastrukturla təmin olunması Azərbaycanın yenidənqurma sahəsində də uğurlu təcrübəyə sahib olduğunu göstərir".
Onun sözlərinə görə, Suriya bu təcrübədən faydalanmaq istəyəcək və praktikada tətbiq etməyə çalışacaq:
"Bu isə Azərbaycan üçün beynəlxalq arenada yeni bir mesaj olacaq: Azərbaycan sadəcə bir region dövləti deyil, həm də dünya siyasətinə töhfə verməyə və aktiv oyunçu olmağa layiq ölkədir.
Çünki bu gün dünya siyasəti təkcə hərbi gücə deyil, həm də “yumşaq güc”ə – bərpa, inkişaf və quruculuq sahələrindəki təcrübəyə əsaslanır. Azərbaycan bu sahədə də özünü sübut edə bilər.
Üçüncü məsələ beynəlxalq əlaqələrlə bağlıdır. Prezidentlərin görüşündə Azərbaycan, Türkiyə və Suriya münasibətlərinin inkişaf etdirilməsi məsələsinə də toxunulmuşdu. Bu, yaxın perspektivdə bu üç ölkənin ortaq strateji maraqlar əsasında yeni bir güc mərkəzinə çevrilə biləcəyini göstərir.
Azərbaycan bu hadisələrin fonunda, Türkiyə–İsrail və İsrail–Suriya kimi kritik görüşlərə ev sahibliyi edib. Gələcəkdə isə Azərbaycan həm İsraillə, həm də Türkiyə ilə ziddiyyətləri olan ərəb ölkələri arasında da vasitəçi rolu oynaya bilər.
Bu, Azərbaycanın Yaxın Şərqdə diplomatik mərkəzə çevrilməsi və bölgədə siyasi sabitliyin qurulmasında əsas aktorlardan biri olmasına səbəb ola bilər. Nəticədə Azərbaycan üçüncü və dördüncü tərəflərlə qurulan ittifaqlar vasitəsilə Yaxın Şərq siyasətində önəmli güc mərkəzinə çevrilə bilər".
O qeyd edib ki, dördüncü əsas məsələ terrorla mübarizədir:
"Azərbaycan yalnız 44 günlük Vətən müharibəsi ilə işğala son qoymadı, eyni zamanda 24 saatdan az davam edən lokal antiterror əməliyyatları ilə Qarabağ separatçılarını təslim almağa nail oldu.
Bu təcrübə Suriyada terrorizmlə mübarizə aparan Əl-Şaara hakimiyyəti üçün dəyərli ola bilər. Suriya bu sahədə Azərbaycanın təcrübəsindən faydalanmaq istəyə bilər".
Əfsanə Kamal
Demokrat.az