"Bu mövzunu Elm və Təhsil Nazirliyinə, universitetlərə yönləndirmək lazımdır. Ancaq bu qərar alınmazdan əvvəl məlumatlandırma getməlidir. Valideynlərin təhsil haqlarının artırılması ilə bağlı əvvəldən məlumatları olmalıdır. Eyni zamanda ödənişlərin artırılması səbəbləri ilə bağlı ətraflı məlumat verilməlidir".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, burada ən önəmli məsələ təhsil haqqının artırılmasının keyfiyyətə olan təsiri məsələsidir:
"Düşünürəm ki, təhsil haqqı artırılırsa, keyfiyyət də ona uyğun olmalıdır. Bu istiqamətdə öncədən maarifləndirmə işinin aparılması vacibdir. Səbəblər bəlli olmalıdır. Təklif etmişdim ki, universitetlərimizin maliyyələşdirilmə məsələsini, baxışı dəyişməliyik. Dəyişmədiyimiz təqdirdə bu cür hallar hər zaman yaşanacaq. Məsələrin yenidən nəzərə alınmasına, baxılmasına ehtiyac var".
Qeyd edək ki, bir neçə universitetdə təhsil haqqı ödənişinin artırılacağı bildirilib.
Əfsanə Kamal
Demokrat.az