Zəngəzur dəhlizinə bu ölkələr nəzarət edəcək — AÇIQLAMA

GÜNDƏM 11 iyul 2025, 14:45
“Zəngəzur dəhlizi ilə bağlı məsələ getdikcə konkretləşir. Məncə, Paşinyanın son Türkiyə səfəri və Ərdoğanla apardığı müzakirələr Zəngəzur dəhlizinin açılmasında Paşinyanın tərəddüdlərinə son qoydu. O, Ankaradan qayıtdıqdan sonra Ərdoğandan aydın və dəqiq ev tapşırığı alıb. Ona görə də Zəngəzur dəhlizinin açılması artıq şübhə doğurmur".

Bunu Demokrat.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. O bildirib ki, dəhliz üzərində nəzarətin Rusiya tərəfindən həyata keçirilməsi getdikcə qeyri-real görünür:



“İrəvan və Bakı arasında ikitərəfli görüş həm də onu göstərir ki, Zəngəzur dəhlizinə Ermənistanın və Azərbaycanın birgə nəzarəti həyata keçiriləcək. Bu, Azərbaycanın variantıdır və düşünürəm ki, Ermənistan da bununla razılaşacaq.

Zəngəzur dəhlizinə nəzarətin ABŞ şirkətinə verilə biləcəyi ilə bağlı məlumatlar da var. Məncə, bu variant dəhliz üzərində Ermənistan və Azərbaycanın nəzarətini o qədər də məhdudlaşdırmayacaq. Ciddi proseslər gedir, hər halda sular durulur. Önəmli olan odur ki, Rusiya bu proseslərdən kənarda qalıb. Ona görə də özünü çox aqressiv aparır".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 14:23
Top