İyun ayının 1-nə Azərbaycanda yeni verilmiş kreditlərin orta faiz dərəcəsi 18.90% təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3.79% bəndi çoxdur.
İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin dekabrında qəbul etdiyi qərarla banklar məcburi ehtiyat normalarını 1-2 faizdən 20-25 faizə qədər artırıb:
“Ölkədə bank sektorunda ciddi təsirlərə səbəb olub. Bu addım bankların sərbəst vəsaitlərini Mərkəzi Bankda saxlamaq öhdəliyini artırıb. Nəticədə onların dövriyyədəki ucuz və likvid vəsaitləri əhəmiyyətli dərəcədə azalıb. Banklar üçün bu, iki əsas mənfi nəticə doğurub. Depozit faizlərinin artması artıq banklar müştərilərdən vəsait cəlb etmək üçün 10-12 faizə qədər depozit faizi təklif edirlər. Kredit faizlərinin bahalaşması depozit faizləri yüksəldikcə, bankların kredit vermə xərcləri də artır və bu da istehlak və biznes kreditlərinin faizlərinə əks olunur”.
Ekspert diqqətə çatdırıb ki, Mərkəzi Bank bu siyasəti əsaslandırarkən iki arqument irəli sürüb:
“Pul kütləsinin tənzimlənməsi M0 səviyyəsinin yüksək olması risk hesab edilir. Bu siyasət vətəndaşları pullarını bank sisteminə yönəltməyə təşviq edir. İri banklarla orta və kiçik banklar arasında şərtlərin balanslaşdırılması üçün pulun maya dəyərinin artması nəzərdə tutulub. Baxmayaraq ki, bu siyasət rəqabəti bir qədər stimullaşdırır və depozitlərin cazibədarlığını artırır. Nəticədə əziyyəti müştərilər, kredit götürənlər çəkir. İstər istehlak kreditləri, istərsə də biznes kreditləri üzrə faizlər əhəmiyyətli dərəcədə artıb. Bu isə iqtisadi aktivliyi müəyyən dərəcədə zəiflədə bilər”.
Leyla Turan
Demokrat.az