Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş başa çatıb.
Demokrat.az bu barədə Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.
***
13:42
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüş yenidən təkbətək formatda davam edir.
Demokrat.az bu barədə Trend-ə istinadən xəbər verir.
Qeyd edək ki, görüş dörd saatdan çoxdur davam edir. Görüş nümayəndə heyətlərinin iştirakı ilə başlayıb, daha sonra Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında təkbətək formatda davam edib. Sonra nümayəndə heyətlərinin iştirakı ilə fasilədən sonra danışıqlar davam etdirilib.
***
12:28
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüş fasilədən sonra geniştərkibli formatda davam edir.
***
11:41
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib.
***
11:08
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşü keçirilir.
***
09:07
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
Demokrat.az xəbər verir ki, sonra görüş nümayəndə heyətlərinin iştirakı olmadan təkbətək formatda davam edib.
Görüşdə həmçinin Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Ermənistan tərəfdən isə xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslər iştirak ediblər.