Azərbaycanda beşdən çox uşağı olduğu üçün sosial müavinət alan qadınların SAYI AÇIQLANDI

SOSİAL 08 iyul 2025, 19:00
Azərbaycanda hazırda beşdən çox uşağı olan qadın kimi sosial müavinət alan qadınların sayı 2 849 nəfər təşkil edir.

Demokrat.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Məlumat üçün bildirək ki, həmin şəxslər uşağın 18 yaşı tamam olan ayın sonunadək hər uşağa görə 140 manat müavinət alırlar.

Qeyd edək ki, bu müavinət Azərbaycan vətəndaşları, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, ölkə ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərə şamil olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top