İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəs razılaşmasına tərəflərin hərbi əməliyyatları bərpa etməyəcəyinə dair ABŞ-nin zəmanəti daxil olacaq.
Demokrat.az xəbər veir ki, bu barədə mənbələrə istinadən "Sky News Arabia" məlumat yayıb.
"Qəzza razılaşması ABŞ-nin 60 günlük atəşkəs müddətində və ya ondan sonra hərbi əməliyyatların bərpa olunmayacağına dair zəmanətini ehtiva edir", - deyə məlumatda bildirilir.
Bundan əlavə, Qəzzada atəşkəs razılaşmasında qoşunların çıxarılmasına hazırlıq çərçivəsində İsrail ordusunun yerdəyişməsi ilə bağlı razılaşdırılmış plan da yer alacaq.
Bundan əvvəl HƏMAS hərəkatı Rusiyadan İsrailə təsir göstərməyi xahiş etmişdi.
Öz növbəsində, Vaşinqton HƏMAS-ın Qəzza zolağı ilə bağlı İsraillə razılaşmaya yaxınlaşdığını bildirib. ABŞ və İsrailin girovların azad edilməsi ilə bağlı HƏMAS-ın təklifinə açıq olduğu dəqiqləşdirilib.