"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" — Əli Vəliyev

GÜNDƏM 29 iyun 2025, 12:20
"Rusiyada azərbaycanlılara qarşı aparılan bu represiya ölkədə şovinizmin, diskriminasiyanın və milli ayrıseçkiliyin nə qədər dərinə işləmiş olduğunu göstərir."

Bu fikirləri açıqlamasında tanınmış jurnalist, Manset.az xəbər portalının baş redaktoru Əli Vəliyev bildirib.

"Miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı belə münasibət qəbuledilməzdir. Dövlətin istintaq komitəsinin rəhbərinin verdiyi açıqlama bu siyasətin planlı və dayaz olduğu qədər də məqsədli xarakter daşıdığının təzahürüdür. Bu eyni zamanda dövlət səviyyəsində etirafdır..Rusiya artıq başa düşür ki, onun "Qarabağ" kartı iflasa uğrayıb və bitib. Belə olan halda müxtəlif vaxtlarda Azərbaycana və soydaşlarımıza qarşı terror münasibəti onun qeyri-səmimi, şovinizm, işğalçı dövlət olduğunu göstərir. Gərək Kreml unutmasın ki, 41-45 müharibəsində qələbəni məhz azərbaycan oğullarının sayəsində qazanıb. Beləliklə, ölkədə kişi tapılmadığı bu vaxtda Rusiya azərbaycanlı olan əsl kişilərdən bərk yapışmalı, onların qayğısına qalmalıdır."

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 iyun 2025, 14:57
Top