Yevlaxda ər-arvad qəzaya düşdü — Ölən var

HADİSƏ 29 iyun 2025, 10:14
Yevlax rayonunda minik avtomobili ilə qoşqulu motosikletin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb.

Demokrat.az-ın məlumatına görə, avtomobillin qoşqulu motosikletə çırpılması nəticəsində motosikletdə olan 1959-cu il təvəllüdlü F. Kazımova aldığı xəsarətdən keçinib.

Onun həyat yoldaşı 1955-ci il təvəllüdlü H. Kazımov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top