Naxçıvanda ağır yol qəzası: Ölən və yaralananlar var

HADİSƏ 29 iyun 2025, 10:43
Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "NAZ Lifan" markalı avtomobillə "Qazel" markalı avtomobil toqquşub. Qəzada ölən və yaralananlar var.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunublar, fakt araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 iyun 2025, 14:57
Top