Bu Azərbaycanın turizm bazarı üçün ciddi nəticələrə gətirib çıxaracaq — Ekspert

GÜNDƏM 24 iyun 2025, 16:11
Hazırda dünya gündəmində baş verən İran–İsrail müharibəsi region ölkələrinə, o cümlədən Azərbaycanın turizm və iqtisadi sahələrinə təsirsiz ötüşmür. 

Bu müharibə Azərbaycanın turizminə necə təsir edəcək?

Turizm mütəxəssisi Rahib İsmayılov Demokrat.az-a açıqlama verib.

O deyib ki, şübhəsiz baş verən müharibələr iqtisadiyyatın bütün sahələrinə təsir etdiyi kimi turizm sektoruna da təsirsiz ötüşmür:

“Ancaq düşünmürəm ki, İran və İsrail arasında baş verən bu müharibə Azərbaycanın turizm sektoruna çox ciddi təsir etsin. Doğrudur, adı çəkilən hər iki ölkədən ölkəmizə təşrif buyuran turistlər olur, ancaq nəzərə alaq ki bu gün ölkəmizin turizm bazarının əsasını Hindistan, Pakistan, Rusiya və ərəb ölkələrindən gələn qonaqlar təşkil edir. Son aylarda bu siyahıya qardaş Türkiyəni də əlavə etsək  vəziyyətin o qədər də qorxulu olmadığını görərik. Yalnız həmin ölkələrin hava məkanlarının bağlı olması bəzi uçuşların bir qədər yubanmasına bəzi hallarda isə ləğvinə gətirib çıxarır. Bu zaman isə turistlərin bir qismi bu səbəblə bəziləri isə ehtiyat tədbiri səbəbilə öz səfərlərini təxirə salır. Ancaq irəliləyən zamanlarda müharibənin daha da böyüyəcəyi və daha geniş coğrafiyaya yayılacağı təqdirdə sözsüz ki region ölkələri və Azərbaycanın turizm bazarı üçün  ciddi nəticələrə gətirib çıxaracaq”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top