Deputat: "Uşaqda potensial yoxdursa, valideyn onu buna məcbur etməməlidir"

GÜNDƏM 24 iyun 2025, 14:11
"Hər kəsin istədiyi məktəbdə təhsil almaq hüququ var. Liseylərimizin isə hamını qəbul edə bilməz, çünki liseylərimizin sayı məhduddur. Bunu anlayışla qarşılamaq lazımdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. 

"Liseylərdə əsasən savadlı, bacarıqlı gənclər təhsil almalıdırlar. Valideynlər uşaqlarının potensialına, savadına baxaraq övladlarını liseyə yönləndirməlidirlər. Əgər potensial yoxdursa, uşağı buna məcbur etməməlidirlər. Bütün bunlar tədris-təhsil prosesinə öz təsirini göstərir. Bu sıradan məsələ deyil, hər şey bu formada tənzimlənmir. İnsanlar özlərindən asılı olan məsələləri nəzərə almalıdırlar".

Qeyd edək ki, direktorlar dərslərində uğura müvəffəq olan şagirdlərin məktəbdən ayrılıb liseylərdə təhsil alması məsələsində valideynlərlə uzlaşmırlar. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top