Bu gün onun günüdür. Söhbət o insandan gedir ki, qurub yaratdığı təşkilatda on ildən artıq bir müddətdə çalışmışam. Bu günədək çalışdığım, digər üç qurumda olduğu kimi, bu təşkilatın inkişafına bütün qüvvəmi səfərbər edib sədaqətlə xidmət etmişəm. Və bu xidmətimdən şərəf duymuşam. Maraqlıdır ki, məhz bu xidmətin nəticəsidir ki, rəhbərim olan hər dörd şəxslə bu günədək əlaqəmi kəsməmiş, günü bu gündə ürəklə zəng edib, həm də sözümü demişəm, o cümlədən haqqında danışacağım böyük insanla.
Söhbət "həyatda gərəkli olmağı seçən" dəyərli ziyalı, xeyrxah insan Elxan Süleymanovdan gedir.
***
Bu günlərdə dostumuz, ağsaqqalın dəyər verdiyi azsaylı insanlardan biri olan Oktay Təmrazov zəng edib məni Elxan müəllimin kitabının təqdimatına dəvət edəndə elə anındaca razılığımı verib iştirak edəcəyimi söylədim.
Təqdimat günü gəldi. On il ayaq döydüyüm ofisə gedəndə işdən ayrıldığım on il ərzində görüşmədiyim insanları gördüm. Az vaxt ərzində keçmiş həmkarlarımla köhnə söhbətləri yeni "oranjemanda" xatırladıq.
Elxan müəllimin gəlişi isə çox ləngitmədi. Heç dəyişməmişdi. Əvvəlki ampulasında idi. Gülərüz, şux geyimdə. Gələn kimi, həmişə olduğu kimi hər kəslə görüşüb birbaşa çap etdirdiyi kitab haqqında, əslində isə samballı əsər haqqında, onun yaranması, məqsədi, məramı haqqında danışmağa başladı. Arada öz zarafatında da qalmırdı. Ürəyinin saxlancındakı bəzi sözləri də elə zarafatla da dedi. Nə isə...
Yazdığı kitabı bir-bir keçmiş işçilərinə təqdim etdi. Mənə çatanda isə, "Vüqar müəllim səni görəndə Musa Yaqub yadıma düşür" deməsi isə məni bir qədər kövrəltdi. Çünki uzun müddət bir yerdə çalışdığım, bilavastə rəhbərim olan dəyərli şairmiz aramızda yox idi...
Mən isə qısa çıxışımda təşəkkürümü bildirib, əsas fikirlərimi yazı ilə bildirəcəyimi söylədim. Odur ki, söz verdiyim yazını təqdim edirəm.
***
Sosial medianın hökmran olduğu bir vaxtda, 628 səhifəlik xatirələri, əslində monumental bir əsəri dörd gün ərzində oxumaq hər kəsdən, o cümlədən məndən də səbr və təmkin tələb edirdi. Ancaq bu kitabın bir nəfəsə oxunması artıq müəllifin yazı stilistika ilə yanaşı, həm də ortaya bir səmimiyyət qoyması ilə bağlı olub. Kitabda yazılanların çalışdığım on il müddətindəki hissəsində hadısələrin, maraqlı görüşlərin şahidi və iştirakçısı olsam da, diqqətimdən yayınan bir çox məqamları çox ustalıqla oxucuya çatdırmasına, etiraf edim ki, heyran qaldım.
Elxan müəllimin "Gərəkli olmağı seçdim" adlandırdığı əsərində toxunduğu bir çox məqamlar daha çox diqqətimi çəkdi.
Mən Elxan müəllimin ədəbiyyatı daim sevgi hissi ilə yanaşdığının şahidiyəm. Hər toplantıda şeir söyləməyi bu gün də yadımdadır. Hətta dostu, tələbə yoldaşı Musa Yaqubun şeirlərini əzbərdən və dərin bir intonasiya ilə söylməsini heç vaxt unutmaram. Ən yadımda qalanı isə "Sənin məhəbbət şeirlərin mənim karıma çox çatıb, ay Musa" deməsi idi.
Əsərində Elxan müəllim həm müasir, həm də klassik ədəbiyyatdan misal çəkməsi, xüsusən də Səməd Vurğunun "Azərbaycan" şeirinin ustalıqla təhlil etməsi isə onun daha həssas və kövrək qəlbli bir insan olmasından xəbər verir.
Mən Elxan müəllimin "Quranı- Kərim" haqqında bu qədər bilgiyə sahib olduğunu bilmirdim. Əsər müəllifi hətta sovet hökumətinin dağılmasının əsas səbəblərindən biri kimi, bu dövlətin "Allahı inkar etməsi və ona qarşı üsyanı olması" fikri də əslində reallğı əks etdirir. Bu addımı ilə sövet hökuməti keçmişlə gələcək arasındakı bağlılığı sanki yox etmək istəyində idi. Bu təbliğatın, bu qorxunun nəticəsi idi ki, əmiləri dəyərli ziyalı olan babasını onlara unutdurmağa çalışıb. Amma alınmayıb.
Belə qənaətə gəlirəm ki, bununla yanaşı ard-arda müqəddəs kitabdan sitat gətirməsi onun həm də bağlı olduği soy-kökü ilə, Hacı Rəhim Əfəndinin nəvəsi olması ilə əlaqədardır.
Özünü çox sadə və adi bir insan hesab edən Elxan müəllim qeyd edir ki, zaman gələcək və bu kitab hər oxunduqca "mən yenidən kəşf oluncağam". Əslində yerində deyimiş sözdür. Yaddaşlarda, deyilən yox, daha çox yazılanlar qalır. Yazılanlar, gələcək tədqiqat üçün həm də elmi mənbədir.
Əsərində babası Hacı Rəhim Əfəndinin həyat və fəaliyyətinə geniş yer verən Elxan müəllim bir qədər kövrək notlarla qeyd edir ki, "həyat fanidir, ömür əmanət, zaman gələcək, mən də dünyamı dəyişəcəyəm. Ona görə də çalışıram ki, məndən də nəsə bir iz qalsın". Üzrlü sayın Elxan müəllim. Bu fikrinizə qarşı çıxım. Bu əsəri yazmasaydınız belə Sizin gördüyünüz işlər, həyata keçirdyiniz layihələr yüz ildən sonra da xatırlanacaq, elmi mənbə kimi istifadə olunacaq. Qəti şübhəniz olmasın.
Mən Elxan müəllimin SSRİ rəhbəri Nikita Xruşşova məktubu haqqında,hətta Nikita Xruşşovun dərkənarı, sonradan sorğu-suala tutulması, ancaq nəticə olaraq yeddi nömrəli məktəbdə kitabxanaçı vəzifəsinə təyin edilməsi haqqında özündən eşitmişdim. Ancaq indi başa düşürəm ki, Elxan müəllimin kitaba, ədəbiyyata sevgisinin nəticəsi idi ki, gəlişiylə toz basmış kitabxanaya həm də yeni nəfəs gətirməyi az yaşında bacarmışdı.
Mən Elxan müəllimin bacarıqlı, işgüzar və xeyirhaq insan olduğunu bilirəm, onun heç bir halda mübarizliyini,əzmkarlığını itirmədiyinin şahidiyəm. Amma yeddi dəfə müflis olub , yenidən dirçəldiyinin, bununla ruhdan düşmədyinin əsərdən oxudum.
Mirzə Babayevlə dostluğunun tarixçəsi, Fioletov klubunda çalışdığı illərdəki fəaliyyəti haqqında hələ çox əsərlər yazılacaq. Çünki məhz Fioletov klubunda çalışdığı dönəmdə bütov bir nəsl mədəniyyət adamının yetişməsində mühüm rolu olduğunu kitabda daha yaxından öyrəndim. Ancaq təqdimatda iştirak edən xalq artisti Taryel Qasımovun dilindən eşitdiyim sözləri isə yaddaşımda dərin iz buraxmış oldu. İnanıram ki, xalq artıstinin sözləri tək mənim yox elə, görüşdə iştirak edən hər kəsin diqqətini çəkdi.
Mən Elxan müəllimin Şamaxıdan millət vəkili kimi çalışdığı dövr, habelə beynəlxaq siyasi proseslərə verdiyi töhfələrdən xəbərdaram. Amma Polşa kosmonavtı Miroslav Hermaşevski ilə dostluğundan xəbərsiz idim...
Beləliklə, kitab haqqında fikirlərimi qısa şəkildə bildirməyi özümə borc bildim. 628 səhifəlik kitaba elə bu qədər də təhlil yaza bilərdim. Etiraf edim ki, sadəcə vaxt darlığı buna imkan vermir. Çünki sabah ağsaqql üçün həm də özəl gündür. 85 yaşı tamam olur. Bütün hallarda Elxan Süleymanovun və bütövlükdə AVCİYA-nın fəaliyyətinə əsas qiyməti özünündə yazdığı kimi ölkə Prezidenti cənab İlham Əliyev verib.
Mən isə belə əziz bir gündə Elxan Süleymanova sağlıqlı illərlə xalqına, dövlətinə "gərəkli olduğunu" bundan sonra da göstərməyi arzu edirəm.
Gərəkli olmağı seçən insana xoş arzularla...
Vüqar Tofiqli